Demokratların reytinqi son 35 ilin ən aşağı səviyyəsinə düşdü WSJ

27.07.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


“The Wall Street Journal” nəşrinin iyulun 16-dan 20-dək apardığı sorğuya əsasən, ABŞ-də Demokratlar Partiyasının reytinqi son 35 ilin ən aşağı səviyyəsinə enib.
Yeniavaz.com
xəbər verir ki, sorğu nəticələrinə görə amerikalı seçicilərin 63 faizi Demokratlar haqqında mənfi fikirdədir. Bu, 1990-cı ildən etibarən aparılan sorğular arasında ən yüksək göstəricidir. Demokratlara müsbət münasibət bəsləyənlərin faizi isə cəmi 33-dir. Cəmi 8 faiz seçici partiyaya "çox müsbət" münasibət göstərdiyini bildirir. Müqayisə üçün, Respublikaçılar Partiyasına "çox müsbət" münasibət bildirənlərin sayı 19 faizdir.
Seçicilər prezident Donald Trampın iqtisadiyyat, inflyasiya, xarici siyasət və tariflərlə bağlı fəaliyyətini bəyənməyiblər və bu məsələlərdə Respublikaçılara Demokratlardan daha çox etibar etdiklərini bildiriblər. Yeganə istisna səhiyyə və peyvənd siyasəti sahəsidir – burada seçicilər Konqresdəki Demokratlara daha çox güvən göstəriblər.
Respondentlərin 46 faizi Trampın prezidentliyi dövründəki fəaliyyətini bəyəndiyini, 52 faizi isə əleyhinə olduğunu bildirib. Bu göstəricilər apreldən bəri dəyişməz qalıb. WSJ qeyd edir ki, son vaxtlar ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri və sərt deportasiya proqramları kimi təşəbbüslərə baxmayaraq, Trampa münasibət sabit qalır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью