Demoqraf alim Rusiyada keçirilən konfransda çıxış edib

28.04.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri vəzifəsini icra edən Etibar Bədəlov Rusiya Federasiyasının Voloqda şəhərində keçirilən “Rusiyanın regionlarda aqlomerasiya prosesləri: müsbət təsirlərin aktivləşdirmə xüsusiyyətləri və problemləri” adlı ümum-Rusiya elmi-praktik konfransında onlayn formatda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, demoqraf alim plenar iclasda “Azərbaycanda aqlomerasiyaların inkişafında problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью