Demoqrafik çöküş: Qlobal iqtisadiyyatın yeni sınağı

24.08.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dünya iqtisadiyyatı və qlobal geosiyasət keyfiyyətcə yeni, bəlkə də tarixdə misli görünməmiş bir sınaqla üz-üzədir: əhalinin sürətlə qocalması və doğum göstəricilərinin fəlakətli dərəcədə aşağı düşməsi. Vaxtilə yalnız inkişaf etmiş Qərb dövlətlərinin daxili problemi kimi baxılan bu təhlükə artıq Asiyanın texnoloji və iqtisadi nəhənglərini də əhatə edərək qlobal iqtisadiyyatın gələcəyini sual altına qoyur. Bunun ən bariz və narahatlıq doğuran nümunəsi Asiyanın maliyyə mərkəzlərindən biri olan Sinqapurda cərəyan edən son processeslərdir.

Dünyanın ən inkişaf etmiş, yüksək yaşayış standartlarına malik ölkələrindən biri olan Sinqapurda doğum göstəricisi hər qadına orta hesabla 0.87 uşaq səviyyəsinə düşərək tarixi minimumu yeniləyib. Əhalinin təkrar istehsalı üçün bu göstəricinin minimum 2,1 səviyyəsində olması tələb edildiyi halda, mövcud rəqəm cəmiyyətin demoqrafik çöküşün astanasında olduğunu göstərir. Vəziyyətin ciddiliyini dərk edən Sinqapur hökuməti görünməmiş addımlar atmağa məcbur olub. Rəsmi qurumlar ailələrə doğulan hər uşağa görə təxminən 70 min Sinqapur dolları (yəni 55 min ABŞ dolları) həcmində maliyyə paketi, uzadılmış valideynlik məzuniyyəti və güzəştli mənzil təminatı təklif edir. Lakin Baş nazir Lourens Vonqun da etiraf etdiyi kimi, təkcə pul təşviqləri dərinləşən bu sosial böhranın qarşısını almağa kifayət etmir.

Nə üçün ən yüksək rifah səviyyəsinə malik cəmiyyətlərdə insanlar övlad sahibi olmaqdan imtina edirlər? Səbəblər kompleksdir və bir-biri ilə sıx bağlıdır. Müasir korporativ mühitin tələb etdiyi ifrat iş rejimi, yüksək rəqabət və gərginlik gənc nəsli ailə qurmaq və övlad böyütmək məsuliyyətindən çəkindirir. Eyni zamanda, fərdiyyətçilik, şəxsi rahatlıq və təhsil yönümlü yaşam tərzi ənənəvi ailə modelini sıxışdırıb çıxarır. Nikah yaşının sürətlə yüksəlməsi və valideynliyin daha gec yaşlara saxlanılması isə bioloji və sosial baxımdan uşaq sayının azalmasına gətirib çıxarır.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью