Dendrologiya İnstitutunda yeni növlər üzərində tədqiqat aparılıb

05.12.2024

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Ağac kollarının introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi əməkdaşları bir çox yeni növlərin bioloji xüsusiyyətlərinin öyrənilməsi, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqi üzrə geniş tədqiqatlar aparıblar.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, ətirli başınağacı, jasmin, ikirəngli zabeliya, yapon kameliyası, tikanlı iydə, yapon birgözü, yapon gərməşov növləri Dendrologiya İnstitutunun bitki kolleksiyaları içərisində yer alır və müəssisənin təcrübə sahəsində öyrənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью