Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
3 il əvvəl vəfat edən keçmiş CHP sədri Dəniz Baykalın 88 yaşlı həyat yoldaşı Olcay Baykal müalicə aldığı xəstəxanada vəfat edib.
“Cebheinfo.az” xəbər verir ki, Antalya Kəpəz Dövlət Xəstəxanasında müalicə alan Olcay Baykal bu səhər dünyasını dəyişib.
Olcay Baykalın cənazəsi Antalya Böyükşəhər Bələdiyyəsinin dəfn maşını ilə Antalya Hava Limanına, daha sonra dəfn üçün təyyarə ilə Ankaraya göndərilib.
Olcay Baykalın cümə günü mərhum Dəniz Baykalın yanında dəfn ediləcəyi bildirilir.
Gizli evlənmişdilər
İxtisasca müəllim olan Olcay Baykal 1963-cü ildə o vaxtlar vəkil olan Dəniz Baykalla gizlicə evlənib. Onlar orta məktəb illərindən bəri görüşüblər. Dəniz Baykal Olcay Baykalı Qara dəniz sahilindəki Akçakocaya aparıb və cütlük orada evlənib. Ancaq bundan sonra ailələrinə toy barədə məlumat vermişdilər.
Cütlüyün Ataç və Aslı adlı iki övladı var.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin