Dəniz Çakırdan etiraf: Görücü üsulu ilə evləndim

02.09.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Türk aktrisa Dəniz Çakır həmkarı Melis İşitənin “YouTube” proqramında həyat yoldaşı Bilgəhan Baykalla tanışlıq hekayəsindən danışıb. Məşhur aktrisa onları Zühal Olcayın tanış etdiyini bildirib.
Demokrat.az
xəbər verir ki, Dəniz Çakır “Özünü necə hiss etdiyin bir dövrdəsən?” sualını cavablandırarkən hazırda özünü tənha hiss etdiyini deyib:
“Özümü kimsəsiz hiss etdiyim bir dövrdəyəm. Əziz pişiyim Şatini itirdim. Özümü tənha hiss edirəm. Əlimi, qolumu hara qoyacağımı bilmirəm. Mən İstanbulun onsuz necə olduğunu heç vaxt bilməmişəm. Onu qastrol səfərlərinə də aparırdım. Nə olduğunu bilmədiyim, kimsəsiz bir vəziyyətdəyəm”.
2023-cü ildə Bilgəhan Baykalla evlənən Dəniz Çakır həyat yoldaşı ilə necə tanış olduğunu da danışıb:
“Bizi 2021-ci ildə Zühal Olcay tanış etdi. Ona ‘Zuzu’ deyəcəyəm, çünki Zühal deyə bilmirəm. Zuzu mənə Bilgəhandan danışmışdı. ‘Çox yaraşırsınız, deyəsən o da səni çox bəyənir’ dedi. Mən də ‘Bu nədir, elə bil görücü üsuludur. Belə şey olar?’ deyərək mövzunu keçişdirdim.
Bu arada Bilgəhanın yalnız “Instagram” hesabına baxmışdım. Baxdığım hesabda sadəcə pişik fotoları var idi və bu mənə heç də kişiyə xas görünmədi. Sonradan öyrəndim ki, bu, onun pişikləri üçün açdığı ayrıca hesab imiş.
İllər sonra Arnavutköydə “Mira Balık” restoranında oturarkən Zuzu mənə ‘Bax, yuxarıdakı masada kim var? Bilgəhan da orada oturur. Qəhvə içməyə gəlsin?’ deyə soruşdu. ‘Gəlsin’ dedim. Mənim isə həmin yerlərlə heç bir əlaqəm yoxdur.
Bir gün sonra mənə ‘Görüşəkmi?’ deyə mesaj yazdı. Hər şey birdən başladı, heç ağlımda belə yox idi. Çünki yanıma bir şeir kitabı ilə gəlmişdi. Kişi şeir yazır və çox gözəl söhbət etdik. Qarşı cinsdən biri ilə, üstəlik bir-birimizi bu qədər az tanıdığımız halda belə gözəl söhbət etmək mənim üçün çox dəyərli idi”.
Məşhur aktrisa sevgini isə belə təsvir edib:
“İkisinin də bir-birini eyni dərəcədə sevməsi vacib deyil. Məncə, bir-birini tarazlaya-tarazlaya, uyğunlaşdıra-uyğunlaşdıra həyatla birlikdə flört edə bilmək sevgidir. Mən ani sevgidən danışmıram. Artıq böyümüşəm, bunları yaşamışıq. Mən belə bütöv olan sevgini sevirəm. Qarşılıqlı ziddiyyətlər ola bilər, amma onun sənin hobbinə, sənin onun hobbinə, bir-birinizə və həyata birlikdə maraq göstərməyiniz vacibdir”.
Cinayət hadisələrini izləməyi sevdiyini deyən Dəniz Çakır bildirib:
“Səhər oyanıb Müge Anlını izləyirəm. Kriminal mövzuları çox sevirəm. “Instagram”da xeyli məhkəmə-tibb ekspertini izləyirəm. Onlar da məni izləyirlər, buna çox sevinirəm. Hazırda başqa peşə seçmək imkanım olsaydı, mütləq məhkəmə-tibb eksperti olardım. Cinayətlərin açılması məsələsini sevirəm. Müge Anlını izləyərəm”.
Dəniz Çakır dərisinin hamar qalmasını siqaret çəkməməsi ilə əlaqələndirib:
“Bəzi dövrlərdə özümü gözəl, sonra ortabab hesab edirəm, daha sonra yenidən ‘elə də pis deyiləm’ deyirəm. Bu aralar özümdən razıyam, heç bir problemim yoxdur. Həyatımda heç vaxt siqaret çəkməmişəm. Bəlkə də buna görə, bəlkə də başqa səbəblərdən dərim çox hamar qalıb”.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью