Dəniz Əliyeva Dünya kubokunun finalına yüksəlib

22.02.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, ikinci yarış günündə təsnifat yarışının nəticələrinə əsasən, Dəniz Əliyeva dayaqla tullanmada finala yüksəlib.

Azərbaycan idmançısı çıxışına görə 12,283 xal toplayıb və bu ona səkkizinci yerdən finala yüksəlməyə imkan verib.

Qeyd edək ki, bundan əvvəl Nikita Simonov da halqalarla yarışda finala yüksəlib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью