Dəniz Əliyeva Dünya kubokunun finalında

06.03.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dəniz Əliyeva Bakıda keçirilən Dünya kubokunda dayaqla tullanma hərəkətində finala yüksəlib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı yarışın təsnifat mərhələsində səkkizinci nəticə göstərib.

Onun çıxışını hakimlər 12,649 xalla qiymətləndiriblər.

Tea Belak (Sloveniya) birinci pillədən finala yüksəlib, səkkiz Olimpiadanın iştirakçısı Oksana Çusovitina (Özbəkistan) ikinci yeri tutub.

Bu, Əliyevanın mövsümdə ikinci Dünya kuboku finalı olacaq. Bundan əvvəl o, Almaniyanın Kottbus şəhərində keçirilən analoji yarışda ilk "8-lik"də yer almışdı.

Kişilərin mübarizəsində günün birinci yarısında sərbəst hərəkətlər və paralel qollarda təsnifat yarışları keçirilib. İştirakçılarımız arasında ən yaxşı nəticəni Mənsum Səfərov göstərib. O, sərbəst hərəkətlərdə 10-cu olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью