Dəniz Əsədova daha bir cinayət işi üzrə təqsirləndirilir

17.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Əvvəllər dəfələrlə məhkun olunmuş müğənni Dəniz Əsədova daha bir cinayət işi üzrə təqsirləndirilir.

Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, vətəndaş müğənninin onu təhqir etdiyi və böhtan atdığını əsas göstərərək şikayətçi olub.

Ötən gün Binəqədi rayon məhkəməsində məsələ ilə bağlı xüsusi ittiham şikayəti nəzərdən keçirilib. Verilən qərarla şikayət icraata götürülüb və məhkəmə baxışı təyin edilib. Bununla D.Əsədova yenidən təqsirləndirilən şəxs statusu alıb.

Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov tərəfindən Dəniz Əsədova barəsində verilən xüsusi ittiham şikayəti də icraata qəbul edilmişdi.

Xatırladaq ki, müğənni Dəniz Əsədova əvvəllər analoji maddələr və dələduzluq ittihamı (Cinayət Məcəlləsinin 178-ci maddəsi) ilə məhkum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью