Dəniz Əsədova ilə bağlı yeni xəbər daha 3 nəfər...

02.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.

Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, hazırda məhkəmədə Dəniz Əsədova barəsində anoloji məhkəmə prosesi davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью