Dəniz kənarı ilə gedən avtobusun hərəkət sxemi dəyişdirildi KONKRET

16.11.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

Qeyd edək ki, daha əvvəl sözügedən marşrutun yol əvəzinə dəniz kənarı ilə hərəkət etməsi ilə bağlı görüntülər yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью