Dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 14,9 faiz artdı

02.04.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-fevral aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 1 463,8 min ton təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisini 14,9 faiz üstələyir.

Avtosfer.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, yüklərin 47,5 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 2369,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1856,9 min tonunu və ya 78,4 faizi tranzit yüklərin payına düşüb.

Cari ilin mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 143,5 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 4,2 min nəfər təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью