Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı

19.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Hövsan qəsəbəsində dəniz suyunun rənginin dəyişərək qəhvəyi rəng almasının səbəbi araşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, araşdırma çərçivəsində sözügedən əraziyə yerində baxış keçirilib, ilkin müşahidələr zamanı suyun səthində boya maddələrinə xas rəng əlamətləri və spesifik qoxu müəyyən edilməyib.

"Suyun rəngində müşahidə olunan dəyişikliklərin mövsümi amillərin təsiri nəticəsində fitoplanktonların bioloji fəaliyyətində baş verən təbii proseslərlə əlaqədar ola biləcəyi ehtimal edilir.

Buna baxmayaraq, dəniz suyunun rənginin dəyişməsinə səbəb olan amillərin dəqiq müəyyən edilməsi, habelə mümkün çirklənmə hallarının qiymətləndirilməsi məqsədilə müvafiq ərazidən su nümunələri götürülərək laborator müayinələrin aparılması üçün xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib.

Laborator müayinələrin nəticələri əldə olunduqdan və təhlil edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью