Deniz Sekinin son durumu açıqlandı Eyvanda yıxılmayıbmış

11.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Deniz Seki ötən gün qəza keçirdib və əməliyyat olunub.

Axşam.az xəbər verir ki, sənətçinin yaxınları onun son durumu ilə bağlı məlumat yayıb. Bildirilib ki, ifaçının əməliyyatı uğurlu keçib. Onun evinin eyvanında yığılması xəbəri isə təkzib olunub. 

Qeyd edilib ki, Deniz Seki ev heyvanlarını yemləyərkən sürüşkən döşəmədə ayağı sürüşərək yıxılıb. Müayinələr zamanı onun çanaq sümüyündə sınıq və onurğasında zədələnmə aşkarlanıb.

Əməliyyat zamanı ona kiçik platin yerləşdirilib. Sənətçinin komandasından verilən açıqlamada əməliyyatın uğurlu keçdiyi və onun həyati təhlükəsinin olmadığı bildirilib. Hazırda Deniz Seki xəstəxanada müalicəsini davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью