Dəniz tısbağası üç nəfəri YARALADI

28.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xorvatiyanın Kaştela sahillərində dəniz tısbağası bir gündə üç nəfərə hücum edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yüngül xəsarətlərlə – cızıq və qızartılarla xilas olub. Üçüncü şəxs isə daha ciddi xəsarət alıb.

Məlumata görə, tısbağa qadının ombasını dişləyib. Qadın heyvanı buraxmaq üçün ona zərbə endirib və bu zaman barmağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər bildiriblər ki, dəniz tısbağasının dişləməsi sadə cızıq deyil və infeksiyaya səbəb ola bilər. Bu səbəbdən belə xəsarətlər zamanı həkimə müraciət etmək tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью