Dənizçilər qartallar a qarşı

10.05.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Misli Premyer Liqasının 34-cü turu çərçivəsində daha 2 qarşılaşma keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk oyunu paytaxtda baş tutacaq.

Ötən tur "gümüş"ü təmin edən "Zirə" səfərdə "Səbail"in qonağı olacaq. "Qaratallar" üçün bu görüş formal xarakter daşısa da, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail" üçün çox vacib oyundur. Elvin Məmmədovun çalışdırdığı kollektiv elitada qalmaq uğrunda mübarizə aparır. 

Qeyd edək ki, turun açılış oyununda "Sabah" dünən öz meydanında "Şamaxı"ya qalib gəlib - 3:1.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

17:00. "Səbail" - "Zirə"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Bakı. "ASCO Arena". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью