Dənizçilər transferlər üçün bu qədər pul xərcləyəcək

18.11.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının "Səbail" klubu Cavid Hüseynovun gəlişindən sonra bir neçə legioner oyunçuların alınması üçün pul ayırıb.

News24.az-ın əldə etdiyi məlumata görə "Dəniz"çilər 3-4 əcnəbi futbolçu transfer edə bilər.

Hər bir transfer üçün ortalama 200-400 min manat arası vəsaitin ayrılması nəzərdə tutulub.

Ümumilikdə klub 1 milyon manata yaxın vəsaitin xərclənməsini gözə alıb. Qış transfer pəncərəsində 3-4 əcnəbi futbolçunun transfer olunması düşünülür.

Hazırda "Səbail" turnir cədvəlində 8 xalla 9-cu pillədə qərarlaşıb.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью