Dənizdə batan iki nəfər qadın imiş

10.08.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Qaradağ rayonunda yerləşən Lökbatan qəsəbəsi yaxınlığında bədbəxt hadisə baş verib. Ən yaxın xilasetmə məntəqəsindən 700 metr məsafədə, nəzarət olunmayan dəniz ərazisində iki şəxsin batdığı məlum olub. Məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olub.
Əraziyə dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri yönləndirilib.
Axtarış tədbirləri zamanı dalğıclar 1977-ci il təvəllüdlü Ziyafət Qurbanovanın və 1986-cı il təvəllüdlü Nurlana Məmmədovanın cəsədlərini sudan çıxarıblar. Meyitlər aidiyyəti qurumlara təhvil verilib.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью