Dənizdə batan prokurorluq müstəntiqi imiş... FOTO

26.07.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Redaktor.az batan şəxsin kimliyi ilə bağlı məlumat əldə edib. 

Belə ki, əslən naxçıvanlı olan 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlu Qubadlı rayonun prokurorluğunda müstəntiq imiş. 

Qeyd edək ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fotonu təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью