Dənizdə batan şəxs Azərbaycan çempionu imiş

07.08.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bir neçə gün öncə Buzovnada, dənizdə batan qardaşlardan biri robototexnika və texnologiya yarışının qalibi imiş.

“Yeni Sabah” Partul.az-a istinadla xəbər verir ki, Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi olmuş Ruslan Həmidov 2026-ci ildə Azərbaycanda keçirilən “World Robot Caspian Cup” çempionu olub.

Xatırladaq ki, avqustun 2-də Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batıb. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafik qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafik oğlunun meyiti isə sahildə aşkar edilib. Sezar pizza

Avqustun 4-də isə 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafik oğlunun meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью