Icma.az, Axar.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, paytaxtın Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin meyiti tapılıb.
Axar.az Unikal-a istinadla xəbər verir ki, dənizdə bataraq həyatını itirənlər Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmrəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü olan Əlipaşa Əlizadədir.
Onların hər ikisi tələbə idi və Milli Aviasiya Akademiyasında təhsil alırdılar.