Dənizdə dalğalar artacaq Çimərliklərdə ehtiyatlı olun

27.07.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Milli Hidrometeorologiya Xidməti iyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Məlumata görə, gün ərzində arabir güclənəcək şimal-qərb küləyi günün ikinci yarısından etibarən mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28 dərəcə isti təşkil edəcək.

Xidmət bildirib ki, küləkli hava şəraiti səbəbindən dənizdə dalğalanmanın artacağı gözlənilir. Bu səbəbdən vətəndaşlara çimərliklərdə ehtiyatlı olmaları tövsiyə edilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью