Dənizdə dalğanın hündürlüyü 3 metrdir FAKTİKİ HAVA

11.09.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-i saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir./Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью