Dənizdə dalğanın hündürlüyü 5 metrə çatacaq XƏBƏRDARLIQ

02.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, yanvarın 2-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metr çatacağı proqnozlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью