Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dənizdə mühərrik nasazlığı yaşayan vəhşi təbiət fotoqrafı 60 mil uzağa sürüklənib.
Bir vəhşi təbiət fotoqrafı dənizdə qayığın motor nazasızlığı yaşamasından sonra 60 mil uzaqlıqdalı başqa bir ölkəyə sürüklənib.
Redaktor.az xəbər verir ki, oktyabrın 30-da Qərbi Uelsin Pembrokeşire sahilindən vəhşi təbiət və gün batımı fotoşəkilləri çəkmək üçün yola çıxan 54 yaşlı Kris Elleri qayığının mühərriki xarab olduqdan sonra dənizin o tayına sürüklənərək, İrlandiyaya gedib çıxıb.
O, Fişqvard limanına (Uelsdəki kiçik bir sahil şəhəri) qayıda bilməyəndən sonra xilasetmə qrupları, o cümlədən sahil mühafizəsi, üç təyyarə və beş qayıq onu xilas etmək üçün yola düşüb.
"The Times of London" qəzeti fotoqrafın bəzi əşyalarının yalnız qayıqla gedilə biləcək körfəzdə tapıldığını yazıb.
Ellerinin üzərində "AirTag" izləmə cihazı olsa da, axtarış-xilasetmə qrupu fotoqrafı İrlandiya dənizi üzərində tapa bilməyib.
İrlandiyanın boş bir hissəsinə enən Elleri daha sonra ərazidəki polis bölməsinə yollanıb.