Dənizdə kibermüharibə dövrü başlayır Əsas şübhəli İrandır

24.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ administrasiyası təxminən 50 kommersiya gəmisinə qarşı həyata keçirilən kiberhücumların arxasında İranın dayana biləcəyindən şübhələnir. 
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Belə ki, neft, mayeləşdirilmiş təbii qaz (LNG) və kimyəvi maddələr daşıyan gəmilər hücumlara məruz qalıb. Gəmi heyətlərinə gəmilərin batırıla biləcəyi ilə bağlı təhdidlər göndərilib.
Hücumların bəzilərinin ABŞ da daxil olmaqla, müxtəlif ölkələrin limanlarına yaxınlaşan gəmilərə qarşı həyata keçirildiyi bildirilir. Hücuma məruz qalan gəmilər arasında ABŞ-a gedən “VL Prosperity” və İtaliyaya istiqamətlənən “Vivit Africa” da var.
WSJ yazır ki, Ağ Ev administrasiyası İranı hücumların əsas şübhəlisi hesab edir və Tehranla mümkün əlaqəni araşdırır.
Bundan əvvəl ABŞ limanlarının və iri dəniz nəqliyyatı şirkətlərinin sistemlərinə qarşı kiberhücumların artdığı, bu hücumların ölkənin kritik infrastrukturunu hədəfə ala biləcəyi barədə məlumatlar yayılmışdı.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью