Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalanıb

28.11.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Energetika Nazirliyi ilə "Azerbaijan Green Energy Company" MMC-nin törəmə müəssisəsi olan "Clean Energy Capital" MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.

Bu barədə 525.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

İcra Müqaviləsinə uyğun olaraq "Clean Energy Capital" MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью