Dənizə girən 36 yaşlı kişidən xəbər yoxdur Axtarışlar başladı KONKRET

20.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Astara rayonunda dənizdə nəzarətsiz ərazidə 36 yaşlı kişinin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda baş verib.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar.

Hazırda 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью