Dənizə uzunqolda gedirəm! Yoldaşım şəkilləri göstərər VİDEO

12.12.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dənizə uzunqolda gedirəm! Yoldaşım şəkilləri göstərər" - VİDEO

"Geyim əxlaq ölçüsüdür. İnanın səmimiyyətimə, mən dənizə də uzun qol geyimdə gedirəm. Oturub baxıram uşaqlarıma. Vacibdir ki, mən də dənizə kəllə vurum?!"

Sonxeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ofelya Şabanova deyib. "Günü bu gün" verilişində qonaq olan ifaçı geyimin əxlaq ölçüsü olduğunu bildirib:

"Bəli, çimərlikdə kənarda uzunqol paltarda otururam. Yoldaşım gəlsə, şəkilləri də göstərə bilər. Gərək desinlər ki, Ofelya dənizə kəllə vurur, üzür və ya uzanıb özünü günə verir?! Siz Allah, bəsdir! İnsanı geyimi ilə qarşılayır, ağlı ilə yola salırlar. Geyim yüz faiz əxlaq ölçüsüdür".

Müğənninin səsləndirdiyi bu fikirlər telejurnalist Afət Rahilqızının xoşuna gəlməyib. Onun efirdə müğənniyə etiraz etməsi mübahisəyə səbəb olub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью