Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsgəndəriyyə yaxınlığında, Aralıq dənizinin dibində dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə Mayakının 22 daş parçası aşkar edilib.
Reyting.az xəbər verir ki, bu barədə “Livescience” məlumat yayıb.
Aşkar edilmiş daş bloklardan min illər əvvəl mayak tikmək üçün istifadə olunub. Tapıntıdan şoka düşən alimlər aşağıdan qaldırılmış fraqmentləri hərtərəfli öyrənəcək, bundan sonra rəqəmsal nüsxələr yaratmaq üçün bloklar skan ediləcək.
V. QULİYEV