Dənizkənarı Bulvar İdarəsi auditor seçir

28.01.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Dənizkənarı Bulvar İdarəsi özünün və və tabeliyindəki 3 təşkilatın 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 47 manatdır.

İddiaçılar təkliflərini fevralın 11-nə qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 11-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью