Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb

10.06.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Ötən il kifayət qədər müştərisi olan obyektlər bu il boş qalıb. Anormal hava şəraiti dənizkənarı istirahət mərkəzinə tələbatı azaldıb. Son günlər müşahidə olunan sərin və qeyri-sabit hava şəraiti həmin obyektlərin işləməsinə mənfi təsir edib. 

Milli.Az xəbər verir ki, sahibkarların sözlərinə görə, istirahətə gələnlərin sayında xeyli azalma var:

"Keçən illə bu il çox fərqlənir. Ötən il hava da isti idi, amma bu ilki hava şəraiti işlərə təsir edib. Bu aydan sentyabrın sonuna qədər məkanları icarəyə götürürük. Nə turist, nə yerli sakinlərdən gələnlər çox azdır. Hava şəraitinə görə sezonu tam aça bilmirik". 

Sahibkarlar ümid edirlər ki, havalar qızanda vəziyyət əvvəlki qaydasında düzələcək. 

Asya
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью