“Dənizkənarı Milli Park” MMC ləğv olundu

10.12.2024

Tribuna saytına istinadən Icma.az xəbər verir.

- +

Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC ləğv olunduğunu elan edib.

Tribunainfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Dənizkənari Milli Park” 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью