Dənizkənarı Milli Parkda 1 nəfər dənizə düşüb, xilasedicilər axtarışa başlayıb

14.04.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Əlavə məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью