Dennis Şmitt: “İkinci yarıda “Qarabağ” çox pressinq edirdi” | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. “Qarabağ”a qalib gəlmək istəyirdik”.
İdman.Biz xəbər verir ki, bunu Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib.
Mütəxəssis Bakıda “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
“Qalib gəlmək istəyirdik. Lakin matça yaxşı başlamadıq. Düzdür, sonradan toparlandıq, hətta üstünlüyü də ələ ala bildik.
Lakin daha sonra işlər qaydasında getmədi. Fasilədə futbolçularla danışıqlar apardıq. İkinci yarıda “Qarabağ” çox pressinq edirdi.
İntizamı oynamağa çalışırdıq. Sabah bu matçda buraxdığımız səhvləri təhlil edəcəyik ki, gələcək oyunlarda eyni yanlışlıqlıqlara yol verməyək
“Qarabağ” – “Ayntraxt” matçı Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
İdman.Biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu