Dental H.F. klinikası 6 min manat cərimələndi

18.07.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 29/42 ünvanında yerləşən "Dental H.F.” stomatoloji klinikası inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Dental H.F.” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (sertifikasiyadan keçməyən tibb və əczaçılıq işçilərinin praktik fəaliyyətə buraxılması) ilə inzibati xəta haqqında protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı sertifikasiyadan keçməyən bir neçə şəxsin stomatoloji praktik fəaliyyətə buraxıldığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə "Dental H.F.” MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6 000 manat məbləğində inzibati cərimə olunub.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью