Denzel Dumfrisin Liverpul derbisindən əvvəl geri dönəcəyi gözlənilir

28.11.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfrisin gələn ayın əvvəlində zədəsini sağaltması gözlənilir.

Apasport.az xəbər verir ki, niderlandlı futbolçu dekabrın 9-da "Liverpul"a qarşı Çempionlar Liqasının növbəti matçından əvvəl meydana qayıdacaq. 

29 yaşlı futbolçu "neradzurrilər"in 0:1 və 1:2 hesabı ilə uduzduğu "Milan" və "Atletiko Madrid"lə son iki matçı buraxıb.

Qeyd edək ki, "İnter" - "Liverpul" qarşılaşması dekabrın 10-u Bakı vaxtilə saat 00:00-da baş tutacaq. 

"Barselona"da ciddi itki Alaba karyerasını Türkiyədə davam etdirə bilər "Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli olub Mbappe özünün Çempionlar Liqasındakı rekordunu yeniləyib “Dortmund”un yarımmüdafiəçisi “Milan”ın hədəfində
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью