Denzel Vaşinqton Qara Pantera 3 ə çəkiləcək

08.06.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlarda "Ekvalayzer" və "Qladiator 2" filmlərindəki rolları ilə gündəmə gələn amerikalı aktyor Denzel Vaşinqton "Qara Pantera" (Black Panther) franşizasının üçüncü hissəsində çəkiləcək.

Oxu.Az xəbər verir ki, bunu rejissor Rayan Kuqler "E News" ilə söhbətində təsdiqləyib.

Vaşinqton daha əvvəl Kuqlerin üçüncü hissədə onun üçün rol yazacağını iddia etmişdi.

"Bunda uydurma heç nə yoxdur", - deyə rejissor şərh edib.

"Denzel bir aləmdir. Mən ilk gündən onunla işləməyə çalışıram. Düşünürəm ki, o, yaşayan ən böyük aktyordur", - Kuqler əlavə edib.

Qeyd edək ki, filmin nə vaxt ekranlara çıxacağı hələ məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью