Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Denzel Vaşinqton və Robert Pattinsonun baş rollarını paylaşdığı yeni kriminal trillerin ilk görüntüləri yayımlanıb. "The Take" adlı film tanınmış braziliyalı rejissor Fernando Meyrellişin yeni layihəsidir.
Kulis.az xəbər verir ki, ekran əsəri 2027-ci il yanvarın 15-də seçilmiş kinoteatrlarda və "Netflix" platformasında nümayiş olunacaq.
Filmin mərkəzində keçmiş hərbi kapitan Nuh dayanır. Robert Pattinsonun canlandırdığı qəhrəman mülki həyata uyğunlaşmağa çalışdığı vaxt Vaşinqtonun oynadığı peşəkar oğru Kristian Karterlə tanış olur. Karter onu Manhettendə yerləşən böyük bankın qarətinə cəlb edir. İşin maraqlı tərəfi isə Nuhun sevgilisi Rouzun da məhz həmin bankda işləməsidir.
Ekran əsəri ənənəvi soyğun filmlərindən fərqlənən quruluşa malikdir. Hadisələr yalnız Nuhun baxış bucağından təqdim edilir. Tamaşaçı digər personajların baş verən hadisələrdən xəbərsiz olduğu anları və pərdə arxasında baş verənləri görmür. Beləliklə, süjet boyunca qəhrəmanın bildikləri ilə tamaşaçının öyrəndikləri eyni istiqamətdə irəliləyir.
Rejissor Fernando Meyrelliş bildirib ki, filmin ssenarisi onu məhz bu fərqli yanaşmaya görə cəlb edib. Onun sözlərinə görə, tamaşaçı əsərin hansı istiqamətə gedəcəyini əvvəlcədən müəyyənləşdirə bilməyəcək və hadisələrin mənzərəsi yalnız son anlarda bütövləşəcək.
Filmdə Deyzi Edqar-Cons, Danay Qurira, Moises Arias və Şon Harris də rol alıblar. Ssenarini Saymon Kinberq yazıb. "City of God" filmi ilə tanınan Meyrellişin yeni işi həm kriminal triller, həm psixoloji dram, həm də sevgi hekayəsi elementlərini birləşdirəcək.
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi "Blondie" qrupu uzun fasilədən sonra yeni albomunu elan etdi