Depardye qadınlardan üzr istədi

16.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransalı aktyor Jerar Depardye 2021-ci ildə “Yaşıl panjurlar” filminin çəkilişləri zamanı iki qadına qarşı seksual qısnama işi üzrə çıxarılan hökmdən verdiyi apellyasiya şikayətini geri götürüb.

Kult.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Depardye bildirib ki, məhkəmənin hökmü ilə razıdır və öz məsuliyyətini dərk edir.

O, müraciətində təxribatçı hərəkətlərə və yersiz zarafatlara yol verdiyini, dediyi sözlərin və etdiyi jestlərin isə nəticələrə səbəb olduğunu etiraf edib. Aktyor qadınlardan üzr istəyib.

Qeyd edək ki, 2025-ci ildə 77 yaşlı aktyor 1 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və onun adı seksual cinayətlər törətmiş şəxslərin reyestrinə daxil edilib. Həmin vaxt Depardye ittihamları rədd edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью