Depardye təcavüz ittihamlarına məhkəmədə cavab verəcək

27.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə Agence France-Presse məhkəmə sistemindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İstintaq Palatası zorlama və cinsi təcavüz ittihamları üzrə işin Departament Cinayət Məhkəməsinə göndərilməsi barədə qərarı qüvvədə saxlayıb.

Bildirilib ki, iş yalnız 2018-ci il avqustun 7-də baş verdiyi iddia edilən hadisə ilə bağlıdır. Eyni zamanda, aktrisanın avqustun 13-də baş verdiyini bildirdiyi hadisə üzrə istintaqın dayandırılmasına qərar verilib.

2025-ci il sentyabrın 2-də istintaq hakimi Depardye ilə bağlı işi Paris Departament Cinayət Məhkəməsinə göndərib. Aktyor 2018-ci ildə törədildiyi iddia edilən cinsi təcavüzdə ittiham olunur.

Şarlotta Arnu iddia edir ki, Depardye həmin ilin avqustunda Parisdəki mənzilinə baş çəkərkən ona təcavüz edib və cinsi zorakılıq göstərib.(Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью