Departament Kiyevə icazə verilməsi xəbərini təsdiqləmədi

19.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti Vaşinqton administrasiyasının Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verdiyi barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

"Mən heç bir siyasət dəyişikliyi barədə danışmayacağam və təsdiqləməyəcəyəm", - Miller bildirib.

Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью