Depay lazımi addımı atdı

18.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Korintians” niderlandlı hücumçu Memfis Depayla bağlı gözlənilməz addım atıb. Braziliya klubunun prezidenti Omar Stabile tərəflərin yeni müqavilə barədə razılığa gəldiyini bəyan edib.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, klub rəhbəri bu keçidlə bağlı açıqlama verib:

“Memfis Depaya təşəkkür edirik. Təklikdə söhbətləşdik və o, maliyyə tələblərini azaldaraq şərtlərə yenidən baxmağa razı oldu. “Korintians” üçün ən xeyirli olanı etdik. Pul məsələsi bizim üçün əsas şərt idi, çünki gələcəkdə ödəyə bilməyəcəyimiz bir müqaviləyə imza atmağın heç bir mənası yox idi”.

ESPN-in yaydığı məlumata görə, 2 illik yeni anlaşmanın ümumi dəyəri təxminən 25 milyon dollar təşkil edir. Bu məbləğə futbolçunun əvvəlki sözləşmədən qalan borcları və imic hüquqları üzrə ödənişlər də daxildir. Məhsuldarlıq bonusları isə bu rəqəmə daxil edilməyib.

Xatırladaq ki, “Korintians” avqustun 11-də Depayla yolların ayrıldığını bəyan etmişdi. Daha sonra Braziliya təmsilçisinin futbolçuya olan borcları səbəbindən transfer qadağası almaq təhlükəsi ilə üzləşdiyi bildirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью