Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bankların depozit portfelinin (2025 IV rüb-2026 III rüb) dinamikasına görə renkinqini hazırladıq.
III rübdə depozit portfelini ən çox artıran bank AFB Bank (63%) olub. İlk 3 rübün sonunda bankın depozit porfeli 2025-ci ilin sonundakı 226,4 milyon manatdan 369,9 milyon manata yüksəlib. Bank VTB Azərbaycan 2-ci sırada qərarlaşıb. Bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 51% artıb. 30 sentyabr tarixinə Bank VTB-nin depozit portfeli 101,8 milyon manatdan 153,4 milyon manata yüksəlib.
Banco.az xəbər verir ki, Bank of Baku-nun depozit portfeli 43% artaraq 1,1 milyard manata, Ziraat Bank Azərbaycan-ın depozitləri 28% artaraq 874,1 milyon manata, Bank Avrasiya-nın portfeli isə 26% artaraq 89,7 milyon manata yüksəlib:
Bizi sosial şəbəkələrdən izləyin!!