Depresiyanın dərmanı bu qida imiş: Həkimlərdən balıq məsləhəti

19.12.2024

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mütəxəssis Psixoloq Dilruba İşin qış aylarında meydana gələn mövsümi depressiyanın balıq istehlakı ilə azalda biləcəyini deyib.

Turkustan.az xəbər verir ki, soyuq havalar özünü hiss etdirdiyi üçün bir çox insan evlərinə qapanarkən, mövsümi keçidlər zamanı baş verən və əksər insanların fərqinə varmayan mövsümi depressiya ruh sağlamlığına mənfi təsir edir.

Mövsümi depressiya davamlı yuxululuq, yataqdan qalxmamaq istəyi və özünə baxımda geriləmə kimi əlamətlərlə özünü büruzə verərkən, balıq istehlakı antidepresan xüsusiyyəti ilə diqqət çəkir.

Balığın tərkibində olan Omeqa 3 yağları və vitaminlər əhval-ruhiyyəni yaxşılaşdırır və depressiya əlamətlərini azaldır.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью