Depressiya riskini azaldan Məhsullar

18.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Meyvə və tərəvəz çox yeyən insanların sonrakı illərdə depressiyaya düşmə ehtimalı daha azdır. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Tehran Tibb Elmləri Universitetinin tədqiqatçılarının araşdırmasında yer alıb.

Alimlər 385 449 nəfərin iştirak etdiyi 13 araşdırmanı birləşdirib. Əvvəlcə iştirakçıların nə yediyi öyrənilib, sonra illər ərzində onlarda depressiyanın yaranıb-yaranmadığı izlənilib.Bu müddətdə 26 592 nəfərdə depressiya yaranıb.

Araşdırmanın nəticəsinə görə, çox meyvə yeyənlərdə depressiya riski az yeyənlərə nisbətən təxminən 16% aşağı olub. Çox tərəvəz yeyənlərdə isə bu fərq 12% olub.

Alimlər hesab edirlər ki. meyvə və tərəvəzdə lif və orqanizm üçün faydalı maddələr var. Onlar maddələr mübadiləsinə və iltihabın azalmasına kömək edir. Sağlam qidalanan insanlar adətən daha çox hərəkət edir və həyat tərzləri də fərqli ola bilər. Ona görə də təkcə qidalanma deyil, ümumi həyat tərzi də təsir edə bilər.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью