Depressiya riskini azaldan təbii qidalar | Icma.az
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Depressiya insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salan bir vəziyyətdir.
Gündəlik həyatda qarşılaşılan çətinliklər, maddi narahatlıqlar, itkilər və buna bənzər problemlər nəticəsində depressiya yarana bilər.
News24.az xəbər verir ki, depressiya ilə üzləşmə riskini azaltmaq və depressiyanı həyatınızdan tamamilə çıxarmaq üçün bəzi təbii üsullardan kömək ala bilərsiniz.Göbələk: Göbələklərdə yüksək miqdarda B vitaminləri, dəmir və selen var.
Araşdırmalar göstərir ki, bu maddələrin çatışmazlığı depressiya əlamətləri ilə əlaqələndirilə bilər.Süd: Süddə olan D vitamini depressiya əlamətlərini azaltmağa kömək edir.
Tədqiqatlar göstərir ki, daha az yağ tərkibli süd və süd məhsullarını istehlak etmək depressiya əlamətlərini aradan qaldırmağa kömək edə bilər.
Pəhrizinizə süd və süd məhsulları əlavə edə bilərsiniz, bu da simptomların inkişaf ehtimalını azaldır.Qoz: Qozda omeqa-3 yağ turşuları, dəmir, mis, maqnezium və antioksidantlar kimi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən maddələr var.
Qoz üzərində aparılan araşdırmalar qoz yeyən insanların depressiya riskinin yeməyənlərə nisbətən daha az olduğunu göstərir.Pomidor: Pomidorda dəmir, antioksidantlar, vitamin B6 və triptofan var.
Tam oxu
Xəbəri oxu