Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. "2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siya
Bu sənədin imzalanması həm də Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi".
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini növbəti dəfə dünyaya nümayiş etdirdi: “Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi.
2020-ci il noyabrın 8-də isə Şuşanın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Üçtərəfli Bəyanat həm də rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.
“Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi.