Deputat 2 uşağı olanların əsgərlik məsələsindən danışdı

20.12.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır.

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 2 uşağın saxlanması özü elə dövlətə köməkdir: “Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью