Deputat Anar Məmmədov vətəndaş qəbulu keçirəcək

12.12.2024

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə vətəndaş qəbulu keçirəcək.

”Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib.

Deputat qeyd edib ki, dekabr ayı üçün 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə 14 dekabr tarixində saat 11:00-da Tərtər rayonunda YAP Tərtər rayon təşkilatının inzibati binasında, saat 14:00-da Goranboy rayonunda Xanqərvənd kənd tam orta məktəbinin inzibati binasında sizlərin müraciətini dinləyib, sizləri narahat edən məsələləri həll etməyə çalışacağıq.

Qəbulda iştirak etmək istəyənlər? (050) 324 27 91 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью